Orta məktəb dərsliklərinin bəzilərində tarixdə baş verən hadisələr, ifadələrin etimologiyası və s. haqqında məlumat xarakterli mətnlər əks olunur. Bunlardan biri də, 6-cı sinif Azərbaycan dili(tədris dili) dərsliyində verilmiş "Tarixdə yanlışlıqlar" mətnidir. Mətnin bir hissəsində qladiator döyüşlərindən yazılır: "Əslində qladiator döyüşünün tamaşaçıları, eləcə də son qərar verən Roma imperatoru qladiatora ölüm hökmü çıxararkən heç vaxt baş barmağını aşağı endirmiyiblər. Ümumiyyətlə , romalılarda baş barmağı aşağı endirmək kimi bir jest olmayıb.Əgər qladiatora ölüm hökmü kəsirdilərsə, baş barmaq qınından çıxarılmış qılınc kimi yuxarı qalxırdı.Əgər məğlub qladiatora həyat bağışlanırdısa,baş barmaq qınına salınmış qılınc kimi ovucun içində gizlədirilirdi.Hətta latın dilində belə bir ifadə də var:Mərhəmət ovuca salınmış baş barmaqla göstərilir."Əvvəlcə bu yazılanlar şagirdlərə çox məntiqli gəlir və dərsliklərində verilmiş məlumata əsaslanaraq əslində,indiyə qədər bildiklərinin səhv olduğunu düşünürlər.Ancaq bir müddət sonra "Ümumi tarix" fənnindən yeni bir mövzu keçirlər:"Qədim Roma Respublikasının yaranması"Həmin mövzuda da qladiator döyüşlərindən bəhs olunur:"Məğlub edilən,lakin sağ qalan qladiatorun taleyi tamaşaçılardan asılı idi.Onlar baş barmaqlarını qaldırardılarsa,məğlub olan qladiator sağ qalırdı.Baş barmaqlarını aşağı saldıqda isə o,qalib gələn qladiator tərəfindən öldürülürdü."Bundan sonra şagirdlərdə belə bir sual yaranır:"Görəsən,hansı dərslikdəki məlumat doğrudur?Azərbaycan dili yoxsa Ümumi tarix?
Həqiqətən,görəsən hansı məlumat doğrudur?Əgər Azərbaycan dili dərsliyində verilmiş məlumat Arif Əliyevin şəxsi fikirləridirsə onda niyə "məncə","mən belə düşünürəm ki","mənim fikrimcə","ola bilsin ki" kimi ifadələrdən istifadə etməyib?Məhz "Əslində isə" yazıb?
Məncə,şagirdlərin fikirlərinin formalaşdığı bir dövrdə onlara ən düzgün məlumatlar verilməlidir.Əgər, "Azərbaycan dili" dərsliyindəki məlumat doğrudursa "Ümumi tarix "dərsliyində,yox əgər,"Ümumi tarix"dərsliyində verilənlər doğrudursa,"Azərbaycan dili"dərsliyində düzəlişlərin edilməsi şagirdlərin fikirlərinin qarışmamasına yardım edər.
Ay adları və mənaları haqqında👀→http://schoolnewsssss.blogspot.com/2017/11/ay-adlar-v-mnalar-qsa-skild.html
Çernobıl faciəsinə həsr edilmiş "KABUS" hekayəsi👀→http://schoolnewsssss.blogspot.com/2017/11/cernobil-facisin-hsr-edilmis-kabus.html


comments pls :)
YanıtlaSilVəə səs çıxmadı...:)
SilI know I'm late. Sorry for everything. Please change your choise.
SilBu yorum yazar tarafından silindi.
Sil(C.M)
YanıtlaSilBu yorum yazar tarafından silindi.
SilWhat did you write and then delete? I would like to know!
SilBu yorum yazar tarafından silindi.
Silbu ne
YanıtlaSilNe ne ?)
SilBu yorum yazar tarafından silindi.
Sil?
SilBu yorum yazar tarafından silindi.
SilSo)
SilBu yorum yazar tarafından silindi.
Sil🤦🏻♀️
SilBu yorum yazar tarafından silindi.
SilBu yorum yazar tarafından silindi.
SilBir az saxlasaydiz gorerdik, ay hormetli offline playboy
SilNeyse onsuz bir de bu yazib silmeler tekrarlansa serh etmeyecem, yaxsi oyunlar 🙋🏻♀️
SilCanının sağlığı, ne yazasıyam schoolnews 😔
SilKim oldugunla baslayaq 😔
Sil